...

Azərbaycan Milli Bankı yeni strategiya hazırlığına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı /. Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankından verilən məlumata görə, bank sektorunun gələcək kapitalizasiyası üzrə yeni strategiyanın işlənib hazırlanmasına başlanılıb.

"Kapitalın gələcəklə artırılmasının mümkünlüyü araşdırılır" - deyə AMB-nin müzakirələrdə iştirak edən nümayəndəsi bildirib.

Bankların kapitalının hazırki səviyyəsi orta Avropa səviyyəsi kimi qiymətləndirilir, lakin hesab edilir ki, bu dinamik inkişaf şəraitində ölkənin bank sektorunun kapitalizasiyası üçün bu səviyyə kifayət deyil.

10 milyonluq bir səviyyəyə qədər artımla bağlı qərar 2007-ci il iyulun 1-də qəbul olunub və hələ də yerinə yetirilmədiyindən, bankın kapitalının artırılması üzrə cədvəl mövcud deyil.

Bu vaxta qədər bankların kapitalının artım cədvəli yarım illik intervalla təyin olunub.

Kapitalın gələcək artımı zərurəti bank sistemində risklərin artması ilə əlaqədardır. Bankların ümumi aktivləri 5,1 mlrd. manatdan çoxdur, kredit vəsaitləri 3,3 mlrd. manat, əhalinin əmanətləri 1,09 mlrd. manat, bankların ümumi kapitalı isə 0,892 mlrd. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti