...

Bakı Fond Birjasında QDİ-nin yerləşdilməsi aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci il sentyabrın 21-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300117S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının (QDİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

Sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 1,020 000 manat təşkil edib. Sifariş 95,12% (gəlirlik 10,46%) qiymətdə təqdim edilb. İstiqraz vərəqələrinin rəqabətli sifarişi üzrə kəsmə qiyməti 95,12% (gəlirlik 10,46%) orta ölçülmüş qiymət - 95,12% (gəlirlik 10,46%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1.020 000 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 18 mart 2008-ci ildir.

İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.

Xəbər lenti

Xəbər lenti