...

Gəncə zavodunda yol və tikinti avadanlığı yığılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Azərbaycanın Gəncə Avtomobil Zavodunun rəhbəri Xanlar Fatıyevin verdiyi məlumata görə, Azərbaycanın Gəncə Avtomobil Zavodu və Belarusun "Dorelektromaş" müəssisəsi "Belarus" traktorlarının bazasında tikinti və yol avadanlığının geniş spektrinin istehsal layihəsinin işlənib hazırlanma prosesini başa çatdırıb. İstehsal oktyabrın ortalarında başlana bilər.

Fəaliyyətə başladığı dövrdən (2007-ci ilin mart ayı) Gəncə zavodunda Minsk traktor zavodu ilə imzalanmış müqavilə çərçivəsində 320 traktor istehsal olunub. Müəssisədə 6 modifikasiyalı traktor istehsal olunur. Bu yaxınlarda Belarus 895, Belarus 1-25 və Belarus 80 X (pambıq yığımı üçün) traktorlarının yığılmasına başlanıb.

Traktorların dəyəri 13-35 manat tşkil edir. Azərbaycanda Minsk avtomobil və Minsk traktor zavodlarının istehsalı olan yük avtomobilləri və traktorların bütün növlərinin yığılması və satışı ilə bağlı müqavilə 2006-cı ilin sonlarında Minskdə imzalanıb. Yığım sahəsi 15 min kvadrat metr olan ərazidə həyata keçirilir. Gəncə zavodu Azərbaycanda il ərzidə 1000 yük maşını və 2000 traktor yığmaq iqtidarındadır.

"Dorelektromaş" birgə müəssisəsi 1998-ci ildə yaradılıb və "Belarus" traktorları bazasında yolların tikintisi və mühafizəçi üzrə maşın və avadanlığın iri istehsalçısıdır. Zəncirli ekskavatorların və frezlərin istehsalı üzrə müəssisə MDB-də aparıcı yerlərdən birini tutur. Müəssisədə yeni texnika nümunələrin işlənib hazırlanması və köhnə buraxılışların təkmilləşdirilməsi ilə bağlı iş aparılır. Müəssisədə yaradılan keyfiyyət sistemi məhsulların hazırlanmasına nəzarəti təmin edir.

Xəbər lenti

Xəbər lenti