...

Nazir müavini: "Korporativ islahat layihəsinin həll olunması Azərbaycan dəmir yolunun inkişaf proqramının təsdiqini sürətləndirəcək" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Dəmir Yolunun 2007-2011-ci illər inkişaf proqramı dəmir yolunun korporativ islahatı məsələsi həll olunduqdan sonra təsdiq olunacaq. Nəqliyyat nazirinin müavini Musa Pənahov çərşənbə axşamı bildirib ki, hazırda nazirlik və idarələr arasında dəmir yolundakı tariflərlə bağlı müzakirələr aparılır.

"Bu, böyük proqramdır. Proqram ilk növbədə "İpək yolu" üzrə infrastrukturun yenidənqurulması üçün nəzərdə tutulub. Bura həmçinin Bakı-Tiflis-Qars layihəsi daxildir" - deyə Pənahov bildirib. Bu, yük daşımaların həcminin və hərəkətin təhlükəsizliyinin artırılması üçün lazımdır.

Proqramın həyata keçirilməsinin dəyəri 1,2 mlrd. dollar qiymətləndirilir. Məlumatlı mənbə bildirir ki, proqramın təsdiq olunmasının gecikməsi həmçinin təklif olunan işlərin həcmi ilə də bağlı ola bilər. Bu, mövcud infrastrukturun yenidən qurulması ilə bağlı ola bilər. Proqramda yalnız yenidənqurma nəzərdə tutulub, əsaslı təmir yox.

Proqram çərçivəsində dəmir yolunun lokomativ və vaqon parkının yenidən qurulması, energetika və yol təsərrüfatlarının yaxşılaşdırılması və infrastrukturun bərpası nəzərdə tutulub.

Bundan əlavə, 502 km. uzunluğunda məsafədə Bakı - Böyük Kəsik (Gürcüstan sərhədi) istiqamətində sürət qatarının buraxılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti