...

Unibank Visa İnternational beynəlxalq ödəniş sisteminin ekvayeri statusunu alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Unibank Visa İnternational beynəlxalq ödəniş sisteminin ekvayeri statusunu alıb. İndi Unibank-ın POS-terminal şəbəkəsi xarici banklar tərəfindən emissiya olunmuş Visa maqnit və çipli plastik kartlarına xidmət göstərir. Bu barədə bankın məlumatında bildirilir.

Visa International-ın CEMEA (Central Europe, Middle East and Africa) regionu üzə Direktorlar Şurasının qərarına əsasən, cari ilin qışında Unibank VISA International kartlarının ekvayrinqinə lisenziya alıb. Bununla da, Unibank Visa International-ın Azərbaycanın özəl bankları arasında birinci, ölkə bankları arasında isə, üçüncü ekvayeri olub.

Sertifikasiya prosesi başa çatdıqdan sonra bank, POS-terminalların yerləşdirilməsi baxımından, ticarət müəssisələri ilə müstəqil surətdə müqavilələr bağlamaq imkanı əldə edib. Ekvayerinqin alınması, həmçinin, bankın kart biznesinin inkişafına, ticarət və xidmətlərin göstərilməsi sahələrində məşğul olan korporativ müştərilərin cəlb olunmasına yardım edəcək.

Unibank 2003-cü ildə VISA International-la əməkdaşlığa başlamış və onun assosiasiya olunmuş üzvlərinin tərkibinə daxil olmuşdur. 2006-cı ildə Unibank bu ödəniş sisteminin prinsipal üzvü oldu. Son il ərzində, VISA-nın dəstəyi ilə, Unibank Azərbaycanın bank bazarı üçün nadir olan iki kart məhsulunu - AlKart kredit kartını və Fərdi Dizaynlı Kartı - işə buraxıbdır.

2007-ci ilin birinci yarım ilinin yekunlarına görə, Unibank Visa International və MasterCard ödəniş sistemlərinin 23 355 beynəlxalq plastik kartını emissiya edib.

Xəbər lenti

Xəbər lenti