...

Uni leasing Grant Motors şirkətilə birgə proqram hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2007 05:30 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir Ü. İsmayılova / Azərbaycan lizinq kompaniyası UNI Leasing Bakıda New Holland- ın rəsmi distribütoru olan Grant Motors şirkətilə birlikdə birgə proqramm hazırlayır . Bu haqda çərşənbə axşamı şirkətdən bildiriblər .

New Holland dünya tikinti avdanlığı bazarında təkərli ekskavator , buldozer , avtoqreyder istehsalı ilə məşğul olan nəhəng şirkətlərdəndir .

Kompaniyada bildirildiyinə görə , UNI Leasing İtaliya istehsalı olan avadanlıq lizinq əsasında və illik 16 faiz şərtləri ilə dörd il müddətinə təklif edir .

Şirkətdə bildiriblər ki , " Uni leasing 2-5 oktyabrda Bakıda keçiriləcək Baku Build sərgisində inşaat materiallarını təklif etməyə hazırdır ".

2004-cü ildən fəaliyyət göstərən UniLeasing QSC 1,8 mln. manat ödənilmiş nizamnamə fonduna malikdir . Onun səhmdarları arasında 33,33 faiz paya malik olan Avropa yenidənqurma və inkişaf bankı var.

Xəbər lenti

Xəbər lenti