...

Xanlar rayonunda quş qripi virusunu aşkar edən laboratoriya istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın Xanlar rayonunda quş qripi virusunu aşkar edən laboratoriya bərpa olunaraq, istifadəyə verilib.

Regional Xanlar rayon virusologiya labaratoriyası Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə bərpa olunub. Səfirlik laboratoriyaya 82 min 500 ABŞ dolları dəyərində avadanlıq verib.

Regional Açılış mərasimində Yaponiya səfirliyinin nümayəndəsi, Kənd Təsərrüfatı Nazirliyinin, Xanlar rayon İcra Hakimiyyətinin və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

"Yeni laboratoriyada quş qripi və digər viruslar barədə yerindəcə araşdırmalar aparılacaq və yekun məlumatlar veriləcək. Artıq bu laborotoriyanın fəaliyyətindən sonra, nəticələrin əldə olunması üçün başqa xarici ölkələrə analiz nümunəlari göndərmək lazım olmayacaq"- deyə Yaponiya səfirliyinin I katibi Mitsuhiro Kohno bildirib.

Laboratoriya bütün Qərb regionunu əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti