...

Azərbaycan Beynəlxalq Bankı Lüksemburq və Nyu-Yorkda nümayəndəlik açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2007 15:05 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı Lüksemburq və Nyu-Yorkda nümayəndəlik açır

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2007-ci ilin sonuna qədər Azərbaycan Beynəlxalq Bankı (ABB) Lüksemburq və Nyu-Yorkda nümayəndəliyini açacaq. Gələn il isə Dubayda nümayəndəlik açılacaq. Bu barədə çərşənbə axşamı ABB idarə heyətinin sədri Cahangir Hacıyev məlumat verib.

"Bankın nümayəndəlikləri ilə yanaşı bir sıra ölkələrdə həmçinin törəmə şirkətlərinin açılması da planlaşdırılır" - deyə o bildirib.

2008-ci ildə həmçinin ABB-nin Qazaxıstanda törəmə bankının yaradılması planlaşdırılır. Indiyə qədər ABB-nin Moskva və Tbilisidə törəmə müəssisələri yaradılıb. Bankın Frankfurt və Londonda nümayəndəliyi mövcuddur.

Hacıyevin sözlərinə görə, bankın törəmə müəssisələrinin yaradılması regional layihələrdə iştirak etməyə imkan verir. Bunun nümunəsi olaraq Bakı-Tbilisi-Qars layihəsində dəmir yolunun Gürcüstan hissəsinin çəkilməsində Azərbaycanın müvəkkil maliyyələşdirmə bankı kimi çıxış edən ABB-nin Gürcüstan filialını göstərmək olar.

Xəbər lenti

Xəbər lenti