...

Akkord tikinti şirkətinin vitse-prezidenti: "Sərgilər nəinki biznes daha çox informasiya sahəsidir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2007 16:21 (UTC +04:00)
Akkord tikinti şirkətinin vitse-prezidenti:  "Sərgilər nəinki biznes daha çox informasiya sahəsidir"

Azərbaycan, Bakı/ Trend , müxbir V.Şərifov/ Azərbaycanın iri tikinti şirkətləri qrupu Akkordun vitse - prezidenti Elxan Usubov hesab edir ki, bu gün fəaliyyətə başlayan tikinti sahəsindəki BakuBuild-2007 beynəlxalq sərgisi xeyli zəngindir.

BakuBuild-2007 sərhisində dünyanın 26 ölkləsindən 200-dən yuxarı şirkət iştirak edir.

Sərgi ekspozisiyasının 50 faizdən çoxunu Azərbaycan şirkətləri təşkil edir. Slovakiya və Latviya sərgidə ilk dəfə iştirak edirlər.

"Sərgi - potensial tərəfdaş axtarışı, öz şirkətinin təqdimatıdır. Nə isə öyərənməyə vaxtın çatışmadığını nəzərə alsaq, bu mənada insalar sərgidə ünsiyyətdə olurlar",-deyə Akkordun vitse-prezidenti bildirib.

Sərgi oktyabrın 2-dən 5-nə qədər Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilir.

Bu gün yeni texnologiyalar iqtisadiyyatın bütün sahələrinə, xüsusilə istehsalata geniş şəkildə daxil edilir. Nəzərə alınsa ki, Akkord hazırda şirkətin öz müəssisələrində istehsal olunan məhsulun təqribən 60 faizini alır, bu bizim üçün çox mühümdür",-deyə Usubov bildirib. Hər il Bakıda müxtəlif sahələrdə təqribən 20 beynəlxalq sərgi keçirilir.

Ən iri sərgilər sırasında "Xəzər neft və qaz", BakuBuild və BakuTel var.

"Demək olmaz ki, şirkət sərgilərdə real olaraq öz müştəri bazasını genişləndirə bilir, alıcı yaxud satıcı tapa bilir. Sərgilər biznesdən daha çox informasiya sahəsidir."- Usubov hesab edir.Onun fikrincə, postsovet məkanında bu gün kifayət qədər sərgilər keçirilir. Bu cür tədbirlərin təşkilatçıları sırasında ən böyük ölkələr Azərbaycan, Qazaxıstan və Rusiyadır.

Xəbər lenti

Xəbər lenti