...

Almaniyanın Kasl Universiteti ilə Azərbaycanın Kənd Təsərrüfatı Akademiyası memorandum imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2007 14:22 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Azərbaycanda ekoloji təsərrüfatçılığın inkişafına ehtiyac böyükdür və bu sahənin inkişaf etdirilməsi üçün əlverişli şərait var. Bu fikirləri Almaniyanın Təbiəti Mühafizə Agentliyinin prezidenti Hartmut Vogtman çərşənbə axşamı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Azərbaycana gəlişinin məqsədi ekoloji təsərrüfatçılığın inişafına təkan vermək, həmçinin Gəncədə Kənd Təsərrüfatı Akademiyasında Ekoloji təsərrüfatçılığa aid yeni ixtisasın açılması mərasimində iştirak etməkdir.

Hartmut Almayniyanın Kasl Universiteti ilə Akademiya arasında əlaqələri genişləndirmək fikrində olduğunu bildirib. "Biz bilirik ki, bu tədris ocağında boloniya sistemi tətbiq olunur və bu da Avropa təhsil sisteminə yaxınlaşmaq deməkdir. Bu işi çox müsbət qiymətləndiririk və bu sahədə əməkdaşlığımız davam edəcək" - deyən Hartmut əlavə edib ki, Almaniya və Azərbaycanın ali məktəblərində xüsusi seminarlar keçiriləcək. Bu seminarlarda Akademiyanın və Kasl Universitetinin müəllim heyəti iştirak edəcək. Həmçinin tələbə və müəllim mübadiləsininin aparılması da nəzərdə tutulur.

Hartmut Azərbaycanda Ekoloji kənd təsərrüfatı hərəkatında qeyri-hökumət təşkilatlarının rolundan da danışıb, onlardan Gəncə Aqrobiznes Asosiasiyasının (GABA) fəaliyyətini təqdir edib. "Biz bu hərəkata qeyri-hökumət təşkilatlarını da cəlb edirik. AKTA-da Ekoloji fakültənin açılmasında GABA önəmli yer tutur. Əminəm ki, bu təşkilatın savadlı mütəxəssisləri tərəfindən yeni qəbul olunan 16 tələbə bu sahə üzrə mükəmməl biliklərə yiyələnəcəklər".

AKTA-nın rektor əvəzi Ramiz Quliyev görüşdə bildirib ki, artıq Akademiyada Ekoloji təsərrüfatçılığın inikşafı üçün yeni ixtisas açılıb. Təhsil ocağında Torpaqşünaslıq və Aqrokimya fakültəsinin adı dəyişdirilərək "Torpaqşünaslıq və Ekoloji kənd təsərrüfatı" adlandırılıb.

Görüşdə məlumat verilib ki, noyabrda Almaniyanın Kasl Universiteti ilə Akademiya arasında ekoloji sahədə birgə fəaliyyətə həsr olunan memorandum imzalanacaq. Həmçinin Azərbaycanda və Kasl Unisersitetində birgə magistr və bakalavr səviyyəsində 1-2 aylıq kurslar təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti