...

Daşınmaz Əmlakın reyestri Dövlət Xidmətinin rəhbəri: " Lazımi maddi-texniki bazası olmayan tikinti şirkətləri bağlanılmalıdır" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2007 19:30 (UTC +04:00)
Daşınmaz Əmlakın reyestri Dövlət Xidmətinin rəhbəri: " Lazımi maddi-texniki bazası olmayan tikinti şirkətləri bağlanılmalıdır" (video)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən maddi-texniki bazası olmayan bütün şirkətlər bağlanılmalıdır. Bunu çərşənbə axşamı Daşınmaz Əmlakın Reyestri Dövlət Xidmətinin rəhbəri Arif Qaraşov bildirib.

Avqustun sonunda Bakıda 25 nəfərin ölümü ilə nəticələnən 16 mərtəbəli bina uçub. Avqustun 30-da Azərbaycan prezidenti tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi barədə sərəncam verib.

"Tikinti şirkətlərinə cəzaların sərtləşdirilməsi ölkənin daşınmaz əmlak bazarındakı qiymətlərə təsir etmir",-deyə Qaraşov söyləyib.

Onun fikrincə, qiymətlərə yalnız iki amil təsir edə bilər: tikinti materiallarının qiymətinin artması və işçi qüvvəsinin qiymətinin artması.

Dövlət xidməti rəhbəri söyləyib ki, ilin əvvəlindən Bakının mərkəzində daşınmaz əmlak bazarında qiymnətlərin artımı 25 faiz, digər hissələrdə isə, 10 faiz təşkil edib.

Onun sözlərinə görə, ilin sonuna qədər qiymətlərdə ciddi dəyişiklik gözlənilmir.

Xəbər lenti

Xəbər lenti