...

Qazaxda yanacaqdoldurma məntəqələrində aparılan yoxlamaların nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2007 18:51 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Qazax rayonunda yanacaqdoldurma məntəqələrində aparılan yoxlamaların nəticələri açıqlanıb. Qazax rayon Mülki Müdafiə Qərargahının rəisi Azad Hümbətovun çərşənbə günü Trend in bölgə müxbirinə verdiyi məlumata görə, reydlər zamanı iki stasionar və iki mobil maye qaz doldurma məntəqələrinin fəaliyyətinə rəsmi xitam verilib. Onun sözlərinə görə, reydlər başlanan müddətə qədər rayon ərazisində 16 yanacaqdoldurma və 14 maye qaz doldurma məntəqəsi dövlət qeydiyyatından keçib. Hümbətov əlavə edib ki, hazırda yanacaqdoldurma məntəqələrindən 6-sı, maye qaz doldurma məntəqələrindən isə 7-si faktiki olaraq fəaliyyət göstərir.

Mülki Müdafiə Qərargahının rəisinin bildirdiyinə görə, reydlər zamanı ümumilikdə 9 məntəqənin fəaliyyəti dayandırılıb. Bağlanılan məntəqələrdən beşi tövsiyyə edilən təhlükəsizilik tədbirlərini yerinə yetirdikdən sonra fəaliyyətləri bərpa olunub.

Qazax rayonu paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti