...

Azərbaycan və Avrokomissiya 2008-ci il üçün ENP– nin indikativ proqramının istiqamətlərini müəyyən edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2007 03:01 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir İ.Xəlilova / Azərbaycan höküməti Avropa komissiyasının təstiqinə Avropa qonşuluq siyasəti çərçivəsində büdcəsi 19 mln. avro olan və 2007-ci ili əhətə edən indikativ proqram təqdim edib . Bu haqda İqtisadi inkişaf nazirliyi investisiya siyasəti şöbəsinin rəisi Əskər Ələkbərov məlumat verib .

Proqrama görə 5 mln. avtro tvininq-proqrama 14 mln. isə bödcə dəstəyinə nəzərdə tutulub . Ələkbərov hesab edir ki , vəsaitlərin mənimsənilməsi gələn ilin ortalarında başlanacaq . Tvininq-proqrama əsasən beş layihənin reallaşması gözlənilir , artıq standartlaşdırma , metrologiya və patentlər üzrə Agentlik və istehlak bazarına nəzarət Dövlət xidməti üçün texniki tapşırığın hazırlanması başlanıb . İlkin olaraq hər struktura 1 mln. aroluq texniki yardım göstəriləcək .

Avrokomissiya həmçinin proqram üçün 2008-ci ilə 21-22 mln. avro həcmində büdcə hazırlayıb . Ələkbərovun sözlərinə görə , hal hazırda AB ilə kömək istiqamətləri müzakirə olunur .

Ümumilikdə ENP-in Azərbaycan üçün 2007-2010 illərə büdcəsi 92 mln. avro həcmində nəzərdə tutulub . ENP-in Azərbaycan üçün 2006-cı ildə təstiq olunmuş iş planında prioritet məsələlər kimi ölkədə demokratiyanın inkişafı , işgüzar və investisiya mühitinin yaxşılaşdırılması , davamlı iqtisadi inkişafın dəstəklənməsi , idarəçilik təcrübəsi və iqtisadi sahədə qanunvericiliyin qaydaya salınması , energetika və nəqliyyat sahələrində , regional əmkdaşlaqda AB və AR arasında əməkdaşlığın gücləndirilməsi və s. göstərilib .

Tədbirlər üç əsas prioritet sferaya bölünüb - idarəçilik sisteminin təkmilləşdirilməsi , iqtisadi və sosial islahatlar ; energetika , nəqliyyat , ekologiya və infrastruktur.

Xəbər lenti

Xəbər lenti