...

Prezident İlham Əliyev: " Azərbaycan pensiya və orta aylıq əmək haqqına görə MDB məkannda yüksək göstəriciyə malikdir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , İ.Xəlilova, S.Əliyev/ "Azərbaycanda artıq orta əmək haqqı 230 dollar səviyyəsindədir. Bu, MDB məkanında çox böyük göstəricidir",- deyə Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin doqquz ay ərzində ölkənin sosial- iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Ölkədə orta pensiya təxminən 70 dollar səviyyəsindədir.

"Bu, bizi qane edə bilməz. Ancaq müsbət dinamika onu göstərir ki, biz pensiyaların həcmini ildən-ilə artıracağıq və orta əmək haqqına nisbətdə pensiyanın səviyyəsi kifayət qədər yüksəkdir",-deyə prezident söyləyib.

MDB məkanında olan başqa ölkələrin statistikasını götürsək görərik ki, bu ölkələrdə orta pensiya orta əmək haqqının təxminən 15, 16, 20 faizini təşkil edir. Azərbaycanda isə bu, 30 faizə yaxındır.

Prezidentin sözlərinə görə, 294 min insana ünvanlı sosial yardım verilir. Hər ailəyə ayda 80 manat, təxminən 100 dollar ünvanlı sosial yardım verilir.

"Hələ ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar var. Düzdür, bu rəqəm ildən-ilə aşağı düşür. Əminəm ki, 2008-ci ilin yekunlarına görə daha da aşağı düşəcəkdir. Ancaq, hələ ki, belə adamlar var və dövlət onlara öz köməyini etməlidir. Xüsusilə nəzərə alsaq ki, indi bizim iqtisadi imkanlarımız da buna şərait yaradır",-deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti