...

Baş nazir: "Gürcüstan Azərbaycandan un idxal etmək niyyətindədir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2007 14:01 (UTC +04:00)
Baş nazir: "Gürcüstan Azərbaycandan un idxal etmək niyyətindədir"

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Gürcüstanın baş naziri Zurab Noqaidelinin jurnalistlərə verdiyi məlumata görə, Gürcüstan Azərbaycanla un idxalı barədə danışıqlar aparır. QAFQAZ-PRESS-in verdiyi məlumatda belə deyilir.

Nazirin sözlərinə görə, Azərbaycandan un idxalına dair danşıqlar Bakıda səfərdə olan kənd təsərrüfatı naziri Petre Siskarişvili tərəfindən aparılır.

Noqaideli bildirib ki, un və buğdanın idxalına dair danışıqlar həmçinin Ukrayna və Qazaxıstan ilə də aparılır.

Cümə axşamı Azərbaycanın Kənd Təsərrüfat Nazirliyindən verilən məlumata görə, çərşənbə günü Siskarişvili azərbaycanlı həmkarı İsmət Abbasovla görüşüb. Tərəflər aqrar sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Gürcüstanın Azərbaycan ununu idxal etməsi məsələsinə gəlincə isə Nazirlikdən bildiriblər ki, bu danışıqlar Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi vasitəsilə aparılır.

Xəbər lenti

Xəbər lenti