...

Bakı Banklararası Valyuta Birjası oktyabrın 25-ü üçün ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2007 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, oktyabrın 25-də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8492 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8493 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 169 940 AZN təşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 5 477 220 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8492 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 6 650 000 ABŞ dolları və ya 5 647 160 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 738 888 ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 14,29%, ABŞ dolları üzrə isə illik 14,88% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti