...

Sentyabrda Azərbaycanın qeyri neft sektorunda nominal effektiv kursun ucuzlaşması davam edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 03:58 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir İ.Xəlilova / Azərbaycan milli bankı keçən ilin dekabr ayı ilə müqayisədə bu ilin sentyabr ayında manatın nominal effektiv kursunun (NEK) Azərbaycanın ticarət partnyorlarının valyutalarına qarşı ucuzlaşma templərininin sürətlənməsini təstiqləyir . Bu barədə AMB-dən bildiriblər . Ümumi ticarət dövriyyəsində kurs 2,2 faiz , importda 1,9 faiz , eksportda isə 2,3 faiz şağı düşüb . 2006-cı ilin analoji dövrü ilə müqayisədə NEK ümumi ticarət dövriyyəsində 4 faiz , eksportda 4,4 faiz , importda isə 3,2 faiz ucuzlaşıb .

AMB-nin hesablamalarına görə , keçən ilin sonu ilə müqayisədə sentyabrda qeyri neft sektoru üzrə NEK ümumi ticarət dövriyyəsində və importda 2 faiz ucuzlaşıb , eksportda isə 2,1 faiz . Keçən ilin analoji dövrü ilə müqayisədə kursun ümumi ticarət dövriyyəsində ucuzlaşması 3,2 faiz , importda 3,3 faiz və eksportda 3 faiz təşkil edib .

9 ayda nominal valyuta kursunun dəyişilməsi ümumi ticarət dövriyyəsində real effektiv kursa 46 faiz təsir edib , qiymət dəyişməsi isə - 54 faiz ( neft sektoru hesaba alınmaqla ). Bu onu göstərir ki , nominal kursun dəyişməsi real effektiv kursa azaldacı , qiymətlərə isə artırıcı təsir edib .

2007 ilin sentyabrında 2000 ilin dekabrına nisbətdə manatın NEK-i xarici ticarətdə ( neft sektoru daxil olmaqla ) 11,9 faiz aşağı düşüb , importda - 5,9 faiz , uksportda - 16,2 faiz . Qeyri neft sektorunda manatın NEK-i ümumi ticarətdə 0,5 faiz , importda - 2,3 faiz azalıb , eksportda isə 9,3 faiz artıb .

Xəbər lenti

Xəbər lenti