Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 26 oktyabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə, 0,8492 AZN təşkil edib.
BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8492 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 4 827 702 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8492 AZN təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birj0a Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 5 685 000 ABŞ dolları və ya 4 827 702 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 421 250 ABŞ dolları düşür.
Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.
AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 14,57%, ABŞ dolları üzrə isə, illik 14,29% təşkil edib.
Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.