...

Azərbaycanın maliyyə bazarı açıqdır: Moskva Banklararası Valyuta Birjasının prezidenti ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı / " , müxbir İ.Xəlilova/ Bu həftə Bakı Banklararası Valyuta Birjasının rəhbərliyinin dəvəti ilə "Moskva Banklararası Valyuta Birjası" QSC-nin nümayəndə heyəti, başda birjanın prezidenti Aleksandr Potemkin olmaqla, Bakıya səfər edib. Birja rəhbərləri Bakıda birja infrastrukturunun inkişafı ilə bağlı danışıqlar aparıblar.

MBVB-nin prezidenti Aleksandr Potyomkin Trend la müsahibəsində BBVB ilə əməkdaşlığın perspektivləri, Azərbaycanın qiymətli kağızlarına olan maraq, ABŞ-da ipoteka krediti böhranından bəhs edib.

- Azərbaycan və Rusiyanın maliyyə sistemləri arasında əməkdaşlıq perspektivlərini necə görürsünüz?

- Azərbaycanın maliyyə dairələrinin nümayəndələri ilə sıx peşəkar əlaqələrimiz var. MDB-nin beynəlxalq birja assosiasiyalarına daxil olan BBVB ilə əlaqələrimiz xüsusilə sıxdır. Azərbaycana səfərimizdə məqsəd ölkənizin maliyyə bazarı barədə biliklərin genişləndirməkdir. Burada, əlbəttə, bizim maraqlarımız da var. Biz birjalar, maliyyə bazarları arasında daha yaxın əlaqələrin qurulmasını istərdik. Bu bizim maliyyə təşkilatlarımıza və investorlarımıza, Azərbaycan bazarında təkcə müəssəsisəyə birbaşa investisiyalar qoymağa deyil, həmçinin, portfel investisiyalarının reallaşması, səhmlərin, istiqrazların alışına imkan verəcək.

- Hazırda Azərbaycan və Rusiyanın qanunvericiliyi hər iki ölkənin bazarlarının maneəsiz inteqrasiyası və portfel investisiyalarının həyata keçirilməsi üçün nə dərəcədə unifikasiya olunub?

- Qanunvericilik lazımi tələblərə cavab verir. Bizim (səfər zamanı) eşitdiyimiz kimi, Azərbaycanın iqtisadiyyatı və maliyyə bazarı kifayət qədər açıqdır. Kapital xarakterli əməliyyatlarla bağlı xüsusi məhdudiyyətlərlə qarşılaşmadıq. Azərbaycanın kommersiya banklarının qeyri-rezidentləri üçün milli valyutada hesab açmaq imkanı var. Kapitalı sərbəst şəkildə qoymaq və bu kapitalı həm gəlir, həm də əsas kapital kimi, sərbəst şəkildə aparmaq mümkündür,

Təkcə şəxsi investisiyaların bu və ya digər istiqamətdə hərəkət etməsi deyil, qiymətli kağızlar üzrə kapital bazarında sərbəst hərəktin olması da vacibdir. Azərbaycanın emitentlərinin qiymətli kağızların , Moskvanın kapital bazarında da yerləşdirilməsi çox vacibdir.

- Sizin fikrinizcə, bu gün Rusiya bazarında Azərbaycanın qiymətli kağızlarına maraq varmı?

- Belə bir marağın olması mümkündür. Mən hər hansı bir fikir söyləyə bilmərəm, belə ki, hər şey hələ başlanğıc mərhələdədir. Bununla yanaşı, biz Azərbaycanda likvid səhmlər bazarının inkişaf etdiyini deyə bilmərik, lakin bu istiqamətdə fəal şəkildə çalışan çoxlu insanlarla qarşılaşmışıq. Bu mənada, əlbəttə ki, biz fayda verə bilərik və öz texnologiyalarımızla, birjalara daha geniş alətlər buraxmaqda kömək etməyə hazırıq. Biz azərbaycanlı həmkarlarımızla bu kimi məsələləri müzakirə etdik və güman ki, aparılan bütün danışıqlar sənədlərin imzalanması ilə bitəcək və bu sənədlər qarşılıqlı öhdəlikləri möhkəmləndirəcək. Güman ki, ilk mərhələdə bu birjalar arasında qarşılıqlı anlaşma memorandumu olacaq, gələcək münasibətlərin və razılaşmaların çərçivəsini müəyyən etməyə imkan verəcək. Razılaşmalar, yəqin ki, MBVB və iki Azərbaycan birjası arasında imzalanacaq üçtərəfli razılaşma olacaq. Valyuta və fond birjaları sahəsində maraqlı mövzular mövcuddur.

- Azərbaycan və Rusiyanın valyuta bazarlarının inteqrasiyasını necə qiymətləndirirsiniz və milli valyutların Amerika dollarına münasibətdə möhkəmləndirilməsi fonunda bu nə dərəcədə aktualdır?

- Valyuta ehtiyatları dünyası mövcuddur ki, buraya da avro və dollar aiddir, digər tərəfdən, cəlbedici valyuta dünyası da mövcuddur ki, bu bazar beynəlxalq hesab vasitələrinin rolunu oynamağa iddia edir.

Rubl tədricən bu kateqoriyaya daxil olur, lakin bir valyutanın digərini tamamilə əvəz edə biləcəyini demək hələ tezdir. Dolların məzənnəsinin aşağı düşməsi problemi vəsaitlərin avroya axını ilə həll olunur. Hazırda rublun beynəlxalq hesablarda istifadə olunması imkanları meydana gəlir və bizim maliyyə sistemimizin möhkəmləndiyi bir vaxtda daha real görünür. Bu, əvvəllər də mümkün idi, lakin indi risklər daha azdır.

- ABŞ- da ipoteka krediti ətrafında baş verən böhran Rusiyanın maliyyə bazarlarına nə kimi ziyan vurub?

- İlk növbədə, böhran daha çox banklar arasında vəsaitlərin axını səbəbindən, daha çox bank sisteminə ziyan vurdu. Bununla əlaqədar olaraq, Rusiyanın bank sektorunda iflic vəziyyət yarandı. Bizim üzləşdiyimiz əsas problem qeyri-rezidentlərin Rusiyanın müxtəlif alətlərinə qoyulan vəsaitlərinin geri istiqamətdə hərəkətidir. İki həftə ərzində Rusiyadan təxminən 10 mlrd. dollar vəsait geri götürülüb. İlk növbədə, bu,valyuta bazarında aparılan əməliyyatlara təsir göstərdi. Xarici investorlar , şirkətlərində vəziyyət heç də ürəkaçan olmadığından, kapitallarını səfərbər etdilər. Bu, Rusiya bazarının problemləri ilə bağlı deyil, lakin Rusiyanın bank sistemi yaranmış vəziyyətdən açıq-aşkar əziyyət çəkdi. Əməlli -başlı iflic vəziyyəti yaranmışdı. Valyutaların banklardan geri götürülməsi bankların passivlərin çox böyük mənfi təsir göstərdi.

- MBVB yaranmış vəziyyətdən çıxmaq üçün hansı tədbirlərə əl atdı?

- Bank sistemində yaranmış vəziyyətdən çıxış yolu tapmaq məqsədilə,Rusiyanın Mərkəzi Bankı passivlərdəki qüsuru ört-basır etmək üçün, qiymətli kağızlarla REPO əməliyyatı apardı. Onlar qiymətli kağızlar portfelini səfərbər etdilər, Mərkəzi Bankda yerləşdirdilər və MBVB-da aparılan REPO əməliyyatları vasitəsilə qısamüddətli vəsaitlər əldə etdilər. Əsas məsələ Mərkəzi Bankın banklara kömək etməsi deyil, REPO alətinin bazara, özü-özünə kömək etməyə imkan verməsidir. Bizim əldə etdiyimiz bu təcrübə faydalı hesab oluna bilər.

- Azərbaycanın maliyyə dairələri Rusiyanın maliyyə dairələrinin ABŞ-da baş verən ipoteka krediti böhranı ilə əlaqədar üzləşdiyi problemlərlə üzləşməyə hazırdırmı?

- Heç də hazır deyil. Bakıda aparılan müzakirələr zamanı aydın olub ki, xoşbəxtlikdən, bu problemlər Azərbaycanın maliyyə bazarına və bank sisteminə o qədər də təsir göstərməyib. Əsas problem maliyyə bazarının lazımi səviyyədə inkişaf etməməsi və maliyyə sisteminin dünyada gedən proseslərə kifayət qədər inteqrasiya olunmaması ilə bağlı olub. Lakin indi problemlər yoxdur və bu, Azərbaycanın iri kommersiya banklarının əldə etdikləri maliyyələşmədən və təkrar maliyyələşmədən asılılıq ilə bağlıdır. Kim daha çox vəsait əldə edibsə, vəsaitlərin geri istiqamətdə axını ilə qarşılaşır. İndi problem alətlərin kifayət qədər olmamasında deyil, investisiya və kreditlərin o qədər də böyük olmamsındadır. Bu səbəbdən də maliyyə sistemində heç bir zəiflik yoxdur. Lakin bu rifah əlamətləri deyil, əksinə, Azərbaycan bazarına daha çox vəsaitlərin cəlb edilməsinin labüd olmasını göstərir.

Azərbaycanın maliyyə sisteminin dünyanın maliyyə məkanına fəal şəkildə inteqrasiya olunmasını deməyə əsas var. Bu, "açıq qapı" siyasəti, iqtisadiyyatın açıq olması, kapital xarakterli əməliyyatlarda bütün növ məhdudiyyətlərin aradan qaldırılması sayəsində mümkün olub.

Xəbər lenti

Xəbər lenti