...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2007 11:54 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0006 bənd möhkəmlənib (0,06 faiz). Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,8492 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi oktyabrın 29-da (1 ABŞ dolları üçün 0,8495 manat), minimum isə noyabrın 2-də (1 ABŞ dollarına 0,8492 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
22oktyabr 0,8499 29oktyabr 0,8495
23oktyabr 0,8499 30oktyabr 0,8493
24oktyabr 0,8498 31oktyabr 0,8492
25oktyabr 0,8497 1noyabr 0,8491
26oktyabr 0,8497 2noyabr 0,8489
Həftə ərzində orta 0,8498 Həftə ərzində orta 0,8492

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0011 bənd (0,11 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84854 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi oktyabrın 29-da (1 ABŞ dollarına 0,8490 manat), minimum isə noyabrın 2-də (1 ABŞ dollarına 0,8479 manat) müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 29 oktyabrda - 0,8490 AZN/USD məzənnəsi ilə $5,2 mln., oktyabrın 30-da - 0,848815 AZN/USD məzənnəsi ilə $4,1 mln., oktyabrın 31-də - 0,8487 AZN/USD məzənnəsi ilə $2,3 mln., noyabrın 1-də - 0,8483 AZN/USD məzənnəsi ilə $15,46 mln., noyabrın 2-də - 0,8479 AZN/USD məzənnəsi ilə $15,460 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
22oktyabr 0,8499 29oktyabr 0,8495
23oktyabr 0,8499 30oktyabr 0,8493
24oktyabr 0,8498 31oktyabr 0,8492
25oktyabr 0,8497 1noyabr 0,8491
26oktyabr 0,8497 2noyabr 0,8489
Həftə ərzində orta 0,8498 Həftə ərzində orta 0,8492
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
22oktyabr 0,8493 29oktyabr 0,8490
23oktyabr 0,8493 30oktyabr 0,8488
24oktyabr 0,8493 31oktyabr 0,8487
25oktyabr 0,8492 1noyabr 0,8483
26oktyabr 0,8492 2noyabr 0,8479
Həftə ərzində orta 0,84926 Həftə ərzində orta 0,84854

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 14 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərinin müddəti 2008-ci il yanvarın 1-də başa çatır.

Xəbər lenti

Xəbər lenti