...

Polşa diplomatı: "Biz əməkdaşlığa açıq olan dost ölkədəyik"

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2007 17:45 (UTC +04:00)
Polşa diplomatı: "Biz əməkdaşlığa açıq olan dost ölkədəyik"

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva, S.Ağayeva/ Çərşənbə günü Bakıda Polşanın ikinci milli sərgisi işə başlayıb. Noyabrın 7-8-də keçirilən tədbir Polşanın 40 aparıcı şirkətini əhatə edir ki, bu şirkətlərin 75%-dən çoxu sərgidə ilk dəfə iştirak edir.

"Bu gün biz Polşa ilə əməkdaşlığa daim açıq olan dost ölkədəyik" - deyə sərginin açılışında Polşanın Azərbaycandakı səfiri Kşiştof Kraevski bildirib.

Bu şirkətlər tikinti, sənaye, metallurgiya, energetika, mebel istehsalı, əczaçılıq, kimya sənayesi və digər sahələrdə çalışan şirkətlərdir.

Polşanın iqtisadi inkişaf nazirinin vəzifəsini icra edən rəsmisi Pyotr Voznyakın verdiyi məlumata görə, hər iki tərəf hazırda bütün sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində böyük addım atıblar.

Azərbaycanın iqtisadi inişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib ki, "Azərbaycan və Polşanın bölüşəcəyi və bir-birinə təklif edəcəyi çox şeylər var".

Bakıdakı sərgi çərçivəsində, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın hər iki tərəfdən komissiya həmsədrləri Heydər Babayev (Azərbaycan) və Pyotr Voznyakın (Polşa) iştirakı ilə, ikinci iclası keçiriləcək. İclasın yekunu olaraq, yekun protokolunun imzalanacağı gözlənilir.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust ayları ərzində Azərbaycanın Polşa ilə ticarət dövriyyəsi 17,22 mln. dollar təşkil edib (idxal 16,15 mln. dollar, ixrac 1,07 mln. dollar).

Xəbər lenti

Xəbər lenti