...

Polşanın kənd təsərrüfatı nazirinin müavini: "Rusiya siyasi məqsədlər güdərək, Polşadan ət idxalına qadağanı saxlayır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Polşanın ikinci milli sərgisində iştirak etmək məqsədilə Bakıya gələn Polşanın kənd təsərrüfatı nazirinin müavini Yan Kşiştof Ardanovski çərşənbə günü bildirib ki, Rusiya siyasi məqsədlər güdərək, Polşadan ət idxalına qadağanı saxlayır.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatına görə, Polşadan Rusiyaya heyvan mənşəli məhsulların gətirilməsi zamanı baytarlıq qanunvericilyinin kobud şəkildə pozulması, Rusiyaya gətirilən ət məhsullarının saxtalaşdırılması ilə əlaqədar olaraq, 2005-ci il noyabrın 10-dan etibarən, Polşadan Rusiyaya dana əti, dana ətindən hazırlanmış məhsullar, donuz əti, quş əti, quş ətindən qiymə kimi ət məhsullarının idxalına qadağa qoyub.

Nazir müavininin sözlərinə görə, əvvəllər bu kimi faktlar mövcud olub, lakin "biz bu səhvləri artıq aradan qaldırmışıq. Sistemə daha yaxından nəzarət edən xüsusi qanun işləyib hazırlamışıq".

Ardanovski qeyd edib ki, Rusiyanın Polşadan ətin idxalına qoyduğu qadağa ölkə iqtsadiyyatına elə də mənfi təsir göstərmir. Polşanın ərzaq məhsullarının təxminən 5%-i Rusiyaya yönəlib. Polşadan Rusiyaya 40 min ton müxtəlif əmtəə ixrac olunur.

"Biz bu məsələdə Rusiyadan asılı deyilik. Həm də biz məhsulumuzun reallaşması üçün yeni bazarlar tapmışıq. Bazarlar eksklüziv və bahalıdır" - deyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib. Belə ölkələr arasında o, Almaniya, Yaponiya və Çinin adını çəkib.

Xəbər lenti

Xəbər lenti