...

Lizinq şirkətləri səviyyələrinə uyğun banklarla rəqabət aparacaq: Azərbaycanın Lizinq Şirkətləri Assosiyasının idarə heyətinin sədri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2007 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Trend ın Azərbaycanın Lizinq Şirkətləri Assosiyasiyasının idarə heyətinin sədri, eyni zamanda, "Ag Leasing" lizinq şirkətinin idarə heyətinin sədri Azər Məmmədovla müsahibəsi

- Azərbaycanda lizinqin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Düzgün yanaşıldığı təqdirdə, lizinq ölkə iqtisadiyyatının inkişafına səbəb olacaq. Mən əminəm ki, 3-5 ildən sonra mövcud lizinq şirkətləri öz səviyyələrinə uyğun olan banklarla rəqabət aparacaq. Dünyanın inkişaf etmiş ölkələrində lizinqdən kifayət qədər istifadə olunur. Gələcəkdə Azərbaycanda da belə olacaq, bu, təkamül prosesidir. Lizinqin inkişafında mən, həmçinin, dövlət orqanlarının dəstəyinə arxalanıram. Hökumət nazirliklər qarşısında qeyri-neft sektorunu, orta və kiçik sahibkarlığı inkişaf etdirmək öhdəliyi qoyub, bu öhdəliklər lizinqin inişafını da nəzərdə tutur. Bu gün dövlət nəyi etməyin lazım olduğunu yaxşı başa düşür. Lizinq əsas vasitələrə qoyulan təminatlı investisiyadar.

-Lizinq bazarının hüquqi bazasının işlənib hazırlanması məsələsi hansı mərhələdədir? Siz bu yaxınlarda lizinq haqqında yeni qanun layihəsinin yaradılmasından imtina etmək qərarına gəldiyinizi bəyan etmisiniz.

- Biz bu qanun layihəsinin işlənib hazırlanmasından imtina etməmişik, bu məsələnin müzakirəsini uzun bir müddətə təxirə salmışıq. Belə bir qərarın qəbul edilməsinin səbəbi ölkənin qanunverici orqanının belə bir qanunu müzakirə etməyə hazır olmamasıdır. Bu səbəbdən də, biz ölkənin lizinq fəaliyyətini nizamlayan Mülki Məcəlləsinə dəyişikliklərin edilməsi təklifi ilə çıxış etdik. Mülki Məcəllə şirkətlərə lizinq fəaliyyətini həyata keçirməyə imkan yaradır. Məsələ başqadır, Məcəllə lizinqin inkişafına nə dərəcədə təsir göstərir, problemdən elə bundan ibarətdir. Mən hesab edirəm ki, biz Mülki Məcəlləyə dəyişikliklərin edilməsi yolu ilə qısamüddətli tapşırıqlarımızın həll edilməsi məsələsində düzgün taktika seçmişik.

- Assosiasiya dəyişikliklərin edilməsi məqsədilə hökumətə konkret müraciətlər edibmi?

- Bəli, Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası Sahibakarlar Konfederasiyası ilə birlikdə iki müxtəlif təklif hazırlayaraq, Nazirlər Kabinetinə və parlamentə təqdim edib. Nazirlər Kabineti üçün nəzərdə tutulan paketdə biz lizinq avadanlığının ƏDV-dən azad edilməsini təklif edirik. Bu gün bu aktual mövzüdur. Avadanlığı lizinqə verən şəxs ölkəyə, məsələn, 100 manat dəyərində avadanlıq gətirəndə 18% ƏDV ödəyir. Avadanlığın lizinqə verilməsi zamanı isə, bu amil və üstəlik, şirkətin markası nəzərə alınır ki, bu da avadanğılın dəyərini artırır, bu lizinq götürənlər üçün sərfəli deyil. İkiqat vergiqoymaya dair təklif də irəli sürmüşük. İkinci təklif paketi ƏDV-nin saxlanmasını, lakin qarşılıqlı hesabda bölünməsini təklif edir.

- Assosiyasiya beynəlxalq lizinq şirkətlərinin Azərbaycanın lizinq bazarında iştirak etmələri məqsədilə onlarla əməkdaşlıq edirmi?

- Beynəlxalq lizinq şirkətləri Azərbaycanın lizinq şirkətləri ilə işləməyə böyük maraq göstərir, çünki onlar burada böyük gəlir götürməyin mümkün olduğunu bilirlər. Son dövrlərdə beynəlxalq institutlardan çoxlu sayda təkliflər daxil olur, onlar yerli şirkətlərin təsisçilərinin strukturuna daxil olmaq və kreditlər ayırmaq niyyətindədirlər. Assosiasiya onların qarşısında şərt qoyur, əgər onlar bu işə sərmayə qoymaq arzusundadırlarsa, Azərbaycanda lizinq sahəsində mövcud olan problemləri həll etməyə çalışmalıdırlar. Hazırda Assosiasiya Asiya Bankı, AYİB və BMK ilə danışıqlar aparır. Məni təəccübləndirən odur ki, Dünya Bankı Azərbaycanın maliyyə bazarının modernizasiyası proqramına, maliyyə sisteminin bir hissəsi olan lizinq bazarını daxil etməyib. Mən onlara müraciət etmişəm, bu məsələ müzakirə olunmaqdadır.

Mən ölkənin lizinq bazarının Dünya Bankının proqramına daxil edilməməsinin bu sahədə tənzimləyici orqanın olmaması üzündən baş verdiyini istisna etmirəm (bank sektorunda Milli Bank, sığorta sahəsində Dövlət Sığorta Nəzarəti). Azərbaycanda olduğu kimi, dünyanın bir sıra ölkələrində də tənzimləyici orqanlar yoxdur. Lazım olarsa, yaxud kimsə belə bir təkliflə çıxış edərsə, biz bu məsələni müzakirə etməyə hazırıq.

Xəbər lenti

Xəbər lenti