...

Asiya İnkişaf Bankı Azərbaycan bankı üçün daha bir kreditə icazə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2007 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı\ Trend , müxbir İ.Xəlilova / Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Bank Respublika səhmdar-kommersiya bankı üçün $10 mln. məbləğində subordinasiya olunmuş kreditə icazə verib, cümə günü Bank Respublikanın risk menecment Departamentinin direktoru Aqşin Əmirov xəbər verib. Kredit 7 il müddətinə libor + marja dərəcəsilə verilib.

"Dünya maliyyə bazarlarında subordinasiya olunmuş kreditlərə qoyulan dərəcə 10 % civarında olur", - Əmirov deyib.

Kredit məbləği ikinci dərəcəyə daxil olunacağından, bankın bu məbləğdən azad istifadə etmək imkanı var. Departament direktorunun sözlərinə görə, bankın prioritetlərini nəzərə alaraq, məbləğ mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, həm də istehlakçı kreditlərə sərf olunacaq.

Kredit razılaşmasının imzalanması bu günlərdə gözlənilir və ilin sonuna qədər Bank Respublika bu məbləği almağı planlaşdırır.

Kredit xətti nəzərə alınmaqla, Asiya bankının Bank Respublikaya görə portfeli $15 mln. təyin olunacaq. $5 mln. həcmində ilk xətt 2007-ci ilin əvvəlində açılıb və onun məbləği artıq istifadə olunub. Kredit məbləği ticarət maliyyələşməsi və kiçik və orta sahibkarlığının inkişafı üçün təyin olunmuşdur.

Xəbər lenti

Xəbər lenti