...

Bakı Banklarası Valyuta Birjası noyabrın 9-da bağlanmış əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2007 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Noyabrın 9-da Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində aparılan sövdələşmələrin nəticələrinə əsasən , USD/AZN-nin ortaçəkili birja kursu 1 ABŞ dolları üçün 0,8472 AZN təşkil edib.

Sövdləşmələrin Birja Elektron Sistemində səhər sessiyasının açılışı zamanı USD/AZN-nin kursu 1 ABŞ dolları üçün 0,8473 AZN-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə sövdələşmə qeydə alınmayıb. Manatın kursu sessiyanın nəticələrinə görə dəyişməz qalıb.

USD/AZN T+0 aləti üzrə BEST-in günorta sessiysasında 4 630 266 AZN-ə bərabər məbləğ qeydə alınıb.

Günorta sessiyasının ortaçəkili kursu 1 ABŞ dolları üçün 0,8472AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, dollar aləti üzrə sövdələşmələrin ümumi həcmi 5 465 000dollar təşkil edib ki, bu da 4 630 266 AZN-ə bərabərdir. Bir sövdələşmənin payına orta hesabla 1 366 250 dollar düşüb.

Tələbat olmadığından, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN aləti üzrə dilerlər tərəfindən sövdələşmə aparılmayıb. BEST-ə EUR/AZN və RUB/AZN alətləri üzrə ərizələr daxil olmayıb. BEST sistemi çərçivəsində fəaliyyət göstərən, baklararası kredit bazarı tərəfindən təşkil olunan bazarda market-meykerlər tərfindən təqdim olunan ərizələr əsasında hesablanan BakiBor indeksi illik, manatla 90 günlük alətlər üzrə 14,93%, dollarla isə, 15,36% təşkil edib. Birjada banklar arasında kredit alətləri üzrə sövdələşmələr aparılmayıb.

Xəbər lenti

Xəbər lenti