...

Bakının "Nəriman Nərimanov" metro stansiyasında fövqəladə vəziyyət baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2007 17:16 (UTC +04:00)
Bakının "Nəriman Nərimanov" metro stansiyasında fövqəladə vəziyyət baş verib

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ "Xalq Jurnalisti" müsabiqəsi çərçivəsində, Trend agentlyinə "Nəriman Nərimanov" metro stansiyasında fövqəladə vəziyyətlə bağlı məlumat daxil olub.

Bu gün Bakı metropoliteninin "Nəriman Nərimanov" metro stansiyasında naməlum şəxs kiçik qaz balonundan ətrafa qaz yayıb, nəticədə, stansiyaya yaxınlaşan qatarın maşinistinin halı pisləşib. Bu barədə Bakı Metropliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib. Muradovun sözlərinə görə, maşinistin vəziyyəti qənaətbəxşdir.

Muradovun sözlərinə görə, güman ki, qazı ətrafa platformanın qurtaracağından yayıblar və qaz bütün stansiyaya yayılıb. Stansiyaya yanğınsöndürən xidmətin maşınları gəlib.

Hadisəni törədən şəxsi saxlamaq hələlik mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti