...

Nazir: "Azərbaycan və İsveçrə arasında ticarət-iqtisadi əlaqələr potensiala cavab vermir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2007 15:49 (UTC +04:00)
Nazir: "Azərbaycan və İsveçrə arasında ticarət-iqtisadi əlaqələr potensiala cavab vermir"

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Çərşənbə günü Bakıda ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üçüncü iclasının yekunları ilə bağlı məlumat verən sədr Monika Rul Burzi bildirib ki, Azərbaycan və İsveçrə hökumətləri iqtisadi əlaqələrin inkişafı istiqamətlərini dəqiqləşdirib, belə ki, ticarət dövriyyəsinin və İsveçrə investisiyalarının hazırki həcmi potensialı əks etdirmir. Burzinin sözlərinə görə, İsveçrə şirkətləri energetika, ekologiya, tikinti, maşınqayırma sənayesi sahələrinə maraq göstərir.

"İri investorlar olan "Holcim", "Nestle" artıq Azərbaycanda təmsil olunub və hazırda maşınqayırma şirkətlərinin alyansı Azərbaycan bazarına daxil olmaqda maraqlı olduqlarını bildirib" - deyə Burzi bildirib.

İsveçrənin məlumatına görə, 1995-2006-cı illərdə Azərbaycana yatırılan investisiyalar 26 mln. dollar təşkil edib. Burzinin sözlərinə görə, kapital yatırımlarının həcminin artırılması məqsədilə müvafiq hüquqi baza yaradılıb, belə ki, 2007-ci ildən "Qarşılıqlı yardım və investisiyaların təşviqi haqqında" və "İkiqat vergiqoymaya yol verilməməsi haqqında" razılaşma qüvvəyə minib.

"İsveçrə hökuməti Azərbaycana ÜTT-yə daxil olmaq prosesində kömək etməyə hazırdır ki, bu da ölkələr arasında iqtisadi əlaqələrin inkişafına imkan yaradacaq" - deyə Burzi qeyd edib.

Komissiyanın Azərbaycan tərəfinin sədri, iqtisadi inkişaf naziri Heydər Babayev ticarət-iqtisadi əlaqələrin genişlənməsi üçün real imkanların olduğunu bildirib. Nazirin sözlərinə görə, İsveçrə şirkətləri təkcə avadanlıq, saatların istehsalının təşkilində deyil, eləcə də ölkədə risklərin qiymətləndirilməsinin aparılmasına maraq göstərir.

"Maliyyə, sığorta və digər sektorların risklərinin ən yüksək kateqoriyası İsveçrə şirkəti tərəfindən qiymətləndirilir. Hesab edirəm ki, bu bizim üçün faydalı olacaq" - deyə Babayev bildirib.

Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 50,2 mln. dollar, 2007-ci ilin birinci yarısında isə 19,7 mln. dollar təşkil edib.

İclasın yekunu olaraq protokol imzalanıb.

Hökumətlərarası komissiya 2003-cü ildə yaradılıb, ikinci iclas ötən il Berndə keçirilib.

Xəbər lenti

Xəbər lenti