...

Bakı Banklararası Valyuta Birjası noyabrın 19-da bağlanmış əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2007 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Noyabrın 19-da Bakı Banklarası Valyuta Birjasının valyuta bölməsində aparılan sövdələşmələrin nəticələrinə əsasən, USD/AZN-nin ortaçəkili birja kursu 1 ABŞ dolları üçün 0,8479 AZN təşkil edib. Sövdləşmələrin Birja Elektron Sistemində səhər sessiyasının açılışı zamanı USD/AZN-nin kursu 1 ABŞ dolları üçün 0,8464 AZN-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə 127 170 AZN həcmində sövdələşmə həyata keçirilib. Manatın kursu sessiyanın nəticələrinə görə dəyişməz qalıb.

USD/AZN T+0 aləti üzrə BEST-in günorta sessiysasında 7 189 935 AZN-ə bərabər məbləğ qeydə alınıb.

Günorta sessiyasının ortaçəkili kursu 1 ABŞ dolları üçün 0,8479AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, dollar aləti üzrə sövdələşmələrin ümumi həcmi 630 000 dollar təşkil edib ki, bu da 7 317 105 AZN-ə bərabərdir. Bir sövdələşmənin payına orta hesabla 1 726 000 dollar düşüb.

Qeyd edək ki, tələbat olmadığından, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN aləti üzrə dilerlər sövdələşmə aparmayıblar. BEST-ə EUR/AZN və RUB/AZN alətləri üzrə ərizələr daxil olmayıb. BEST sistemi çərçivəsində fəaliyyət göstərən, baklararası kredit bazarı tərəfindən təşkil olunan bazarda market-meykerlər tərfindən təqdim olunan ərizələr əsasında hesablanan BakiBor indeksi illik manatla 90 günlük alətlər üzrə 14,20%, dollarla isə 14,60% təşkil edib. Birjada banklar arasında kredit alətləri üzrə sövdələşmələr aparılmayıb.

Xəbər lenti

Xəbər lenti