...

Hökumət çörəyin qiymətini tənzimləyə bilmir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2007 20:04 (UTC +04:00)
Hökumət çörəyin qiymətini tənzimləyə bilmir - nazir

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Çərşənbə axşamı Azərbaycanın kənd təsrrüfatı naziri İsmət Abbasovun verdiyi məlumata görə, bir neçə il əvvəl taxıl məhsulları bazarında ticarətin liberallaşdırılması səbəbindən hökumət son vaxtlar ölkədə çörəyin qiymətinin artmasını tənzimləyə bilmir.

Avqust ayından Azərbaycanda çörəyin qiymətinin tədricən artması müşahidə olunur. Çörəyin qiyməti orta hesabla 0,30 manatdan 0,20 manata qədər artıb. Kənd təsərrüfatı məhsullarının qiymətləri liberallaşdırılıb.

Nazir hesab edir ki, ölkədə çörəyin qiymətinə daxili faktorlar təsir göstərmir, Azərbaycan artıq daxili tələbatı ödəmək üçün kifayət qədər taxıl toplayıb. Ölkədə 2,3 mln. ton taxıl istehsal olunub. Azərbaycanın taxıla olan illik tələbatı 3 mln. ton təşkil edir, 1 mln. ton əsasən Rusiya və Qazaxıstandan idxal olunur. Çörək istehsalı üçün tələb olunan 3 mln. tonun 1, 53 mln. tonundan istifadə olunur.

Bu yaxınlarda Rusiyada ölkədən ixrac olunan taxıl rüsumlarının 22 avro artırılması planlaşdırılır. Bu səbəbdən də dəyişikliklərin tam olaraq qəbul olunmasına qədər Azərbaycana taxıl ixracı dayandırılıb. Qazaxıstanda buğdanın bir tonunun qiyməti 240 dollara çatıb.

Nazirin sözlərinə görə, dünya bazarında taxıl məhsullarının qiyməti 80% artıb. "Demək olar ki, ölkədə çörəyin qiymətinə xarici faktorlar təsir göstərir" - deyə nazir bildirib.

Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, hökumət ölkədə çörəyin qiymətinin artımının qarşısını ala bilmir. Qeyd edək ki, ilin əvvəlindən çörəyin qiyməti 25% artıb. Çörəyin iki dəfə azalan çəkisini nəzərə alsaq, illik artım 30% təşkil edəcək.

İqtisadi Araşdırmalar Mərkəzinin eksperti Vüsal Qasımlının sözlərinə görə, çörəyin qiymətinin artmasının qarşısını xarici faktorlar səbəbindən almaq mümkün olmayacaq.

Son aylar ərzində dünya bazarında taxılın qiymətində artım müşahidə olunur ki, bu da əlverişsiz hava şəraiti ilə izah olunur. Taxıl idxalçıları olan ölkələr, eləcə də Azərbaycan bu prosesdən yan keçməyib.

Xəbər lenti

Xəbər lenti