Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Cümə axşamı assosiasiyanın icracı direktoru Fərhad Əliyevin dediyinə görə, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti Bakıda, Qafqazda valyuta nizamlanması və sikkə işi üzrə bir və ya iki bank konfrasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə Rəyasət Heyəti üzvləri noyabrın 21-də keçirilmiş iclasda bu təklifi bəyəniblər. Konfransın 2008-ci ilin ikinci rübündə keçirilməsi gözlənilir. Əsas məqsəd regionda sikkələrin yaranması tarixi ilə tanışlıqdır və bunun üçün şəkilli məcmuə buraxılması planlaşdırılır. "Rəyasət Heyətinin növbəti iclaslarında bu məsələlər hələ müzakirə olunacaq və konfransın keçirilmə vaxtı müəyyənləşdiriləcək" - Əliyev bildirib.