...

Azərbaycan İnvestisiya Şirkəti İslam İnkişaf Bankı ilə birgə müəssisənin yaradılması ilə bağlı investisiya qərarı qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2007 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurası İslam İnkişaf Bankı (AİB) ilə birgə müəssisənin yaradılması ilə bağlı investisiya qərarı qəbul edib. Bu barədə cümə axşamı AİŞ-dən verilən məlumatda bildirilir.

Qəbul olunan investisiya qərarına əsasən, AİŞ-in AİB ilə birgə yaradacağı müəssisədə iştirak payı 25% təşkil edəcək, şirkət 14 mln. dollar vəsait ayıracaq. İnvestisiya şirkəti, şəriətə zidd sayılan spirtli içkilərin və donuz əti məhsullarının istehsalı istisna olmaqla, qeyri-neft sektoru müəssisələrinə sərmayə qoyacaq.

İki il ərzində investisiya şirkətinin kapitalı 70 mln. dollara qədər artırılacaq. Şirkət ərəb ölkələrindən özəl şirkətlərin vəsaitlərinin cəlb edilməsini də planlaşdırır.

Belə maliyyə institutunun yaradılmasının təşəbbüskarı AİB-in prezidenti Əhməd Məhəmməd Əldir. Prezident belə bir təşəbbüslə 2006-cı il noyabrın 8-9-da Bakıda ərəb institutlarının iştirakı ilə keçirilən investisiya konfransında çıxış edib.

1992-ci ildən bəri AİB Azərbaycanda 250 mln. dollar məbləğində 26 layihə maliyyələşdirib.

Xəbər lenti

Xəbər lenti