...

USAİD Azərbaycanın kredit reyestrinin işinin yaxşılaşdırılması üçün texniki yardım göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Bazar ertəsi Azərbaycan Milli Bankından verilən məlumata görə, Azərbaycan Milli Bankının nəzdində 2005-ci ilin mart ayından fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) işinin təkmilləşdirilməsi məqsədilə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Bakıya bu məsələ ilə bağlı ekspert Cim Əzizi yollayıb. (Cim Əziz kredit bürosu üzrə ən yaxşı ekspertlərdən biridir və ekspertin məsələhətləşməsi ilə bağlı müraciəti bir il öncədən etmək lazımdır).

USAİD-in texniki yardımı çərçivəsində, Əziz reyesterin tam avtomatlaşdırılması, MKR-in fəaliyyət sahəsinin genişləndirilməsi üzrə tövsiyələr hazırlayacaq və "Kredit Bürosu haqqında" qanun layihəsinin işlənib hazırlanmasına kömək edəcək.

"Texniki missiya zamanı ölkə hakimiyyətinə təqdim etmək üçün qanun layihəsi üzərində işi başa çatdırmaq planlaşdırılır" - deyə Milli Bankdan bildiriblər.

Kredit reyestrinin avtomatlaşdırılması üzrə müxtəlit ssenarilər işlənib hazırlanır, lakin bu proses tədricən həyata keçiriləcək, belə ki, daxili müzakirələrlə yanaşı, avtomatlaşdırma sxemini banklarla və maraqlı olan bütün tərəflərlə müzakirə etmək planlaşdırılır.

"Ölkədə kredit reyestrindən istifadənin rolu artır və bu banklar tərəfindən ölkə iqtisadiyyatının kreditləşməsinin artması ilə əlaqədar olaraq, ərizələrin çoxalması fonunda baş verir" - deyə AMB-dən bildiriblər.

Bu arada MKR-in istifadəçilərinin sayının artması ərizələrin baxılmasının vaxtının uzadılmasının potensial riskini artırır. Bununla əlaqədar olaraq, AMB-nin əsas vəzifəsi reyestrin səmərəliliyinin artırılması, prosesinq vaxtının minimuma qədər endirilməsidir.

Xəbər lenti

Xəbər lenti