...

Azərbaycan kənd təsərrüfatının inkişafı proqramı çərçivəsində DB-nin üçüncü kreditindən imtina edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Dünya Bankı (DB) Azərbaycanda ticari şərtlər, daha doğrusu Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının (Dünya Bankı qrupuna daxildir) xətti üzrə uyğunlaşdırılan kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi proqramının maliyyələşdirilməsini davam etdirə bilər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında kənd təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyinin baş direktoru Razim Vəliyev bildirib.

Proqramın ümumi dəyəri 100 mln. dollar təşkil edir və o 10 il müddətinə hesablanıb. Birinci faza çərçivəsində Azərbaycana 30 mln. dollar ayrılıb. 2007-ci ildən ikinci fazanın reallaşdırılmasına başlanılıb. İkinci faza çərçivəsində DB güzəştli şərtlərlə 20,5 mln. dollar, 8 mln. dollar isə Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən sərt şərtlərlə verilib. Bu da həmçinin libor-2 faizi üzrə 10 illik ödəmə möhləti ilə 35 il müddətinə hesablanıb.

İkinci mərhələ də həmçinin 4 il müddətinə hesablanıb, müvafiq olaraq üçüncü kredit 2011-ci ildə əldə oluna bilər (qalan iki il ərzində). Lakin Dünya Bankının gələn ilin 30 iynunda başa çatacaq 2008-ci maliyyə ilində, Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiysının xətti ilə nəzərdə tutulan sonuncu 127 mln. dollarlıq kvotanı istifadə edəcək. Vəliyev hesab edir ki, sonrakı illərdə ölkə yalnız ticari maliyyələşməyə ümid edə bilər.

Hökumət aqrar sektorun spesifkasını nəzərə almaqla hətta Dünya Bankının üçüncü kreditindən də imtina edə bilər, belə ki, ölkənin iqtisadi vəziyyəti daxili vəsaitlər hesabına kənd təsərrüfatını maliyyələşdirməyə imkan verir. Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının xətti üzrə kreditlər adətən 3-5 illik güzəşt dövrü və libor+2 faizi üzrə 15 il müddətinə ayrılır.

"Bu şərtlər məqbul olacağı təqdirdə, dörd ildən sonra hökumət üçüncü faza üzrə kreditin cəlb olunması və ya ondan imtina edilməsinə dair məsələni nəzərdən keçirir" - deyə baş direktor bildirib.

Xəbər lenti

Xəbər lenti