...

Oktyabr ayında Bakıda əmlakın təkrar bazarında qiymətlər qalxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2007 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyindən cümə günü verilən məlumata görə, oktyabr ayında Bakıda əmlakın təkrar bazarında qiymətlər 5,7% artaraq, bir kvadrat metr üçün 1495 dollar təşkil edib.

Bakının rayonları üzrə təkrar bazarda qiymətlər, orta hesabla, 3,5% artıb.

Təkrar bazarın portfelinin əksər hissəsi Bakının Yasamal (22,9%), Nərimanov (18,8%) və Xətai (12,8%) rayonlarının payına düşür.

Layihələr üzrə oktyabr ayında porfelin əksər hissəsini "Leninqrad" (22%), "eksperimental" (18%), "arxitekturalı"(18%) layihəli binalar təşkil edib.

Xəbər lenti

Xəbər lenti