...

Üç Azərbaycan müəssisəsinə spirtli içki istehsal etmək qadağan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2007 18:52 (UTC +04:00)
Üç Azərbaycan müəssisəsinə spirtli içki istehsal etmək qadağan olunub

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ölkənin üç müəssisəsinə - ATSC "Shemkir-sherab-1" (Şəmkir) , "Gence-Pive" (Gəncə) və "A + Co" MMC - yə(Abşeron Rayonu) spirtli içkilər istehsalı və reallaşdırılmasında qadağa qoyub. Bu barədə Agentliyin məlumatında bildirilir. Buna səbəb məhsulun keyfiyyətinin dövlət standartlarına uyğun olmaması, müəssisələrdə təcrübəli laboratoriyaların akkreditasiya müddətinin bitməsi, xammalın, köməkçi materialların və hazır məhsulun düzgün sertifikatlaşdırılmaması olub. Kənd Təsərrüfatı nazirliyinin məlumatına görə, bu gün ölkədə 40 - a qədər müəssisə alkoqollu məhsul istehsalı ilə məşğul olur.

Azərbaycan Standartlaşdırılma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ölkə prezidentinin fərmanı ilə 2001 - ci il dekabrın 27 - də yaradılıb. Agentlik standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində icraedici hakimiyyətin siyasətini formalaşdıran və həyata keçirən mərkəzi orqandır.

Xəbər lenti

Xəbər lenti