...

Azərbaycan və Aİ milli ENP planının iqtisadi hissəsini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2007 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində, milli fəaliyyət planının reallaşdırılması ilə bağlı illik hesabat hazırlayıb. Milli plan noyabrın 14-də Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında təsdiq edilib. Planın iqtisadi hissəsinin həyata keçirilməsinə dair birinci müzakirə dekabrın 11-də Brüsseldə işçi qrupunun qeyri-formal iclasında baş tutacaq. Bu barədə cümə axşamı İqtisadi İnkişaf Nazirliyinin investisiya siyasəti şöbəsinin müdiri Əsgər Ələkbərov məlumat verib. O, tədbirlərin həyata keçirilməsində, sahələrdən asılı olaraq, inkişafın olduğunu hesab edir. Görüşdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinə İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsi, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi, Dövlət Satınalmalar Agentliyinin nümayəndələri daxildir. Plan 2007-2013 - cü illərəhatə edir. Planda Azərbaycan üçün prioritet istiqamətlər müəyyənləşdirilib. Buraya, ölkədə demokratiyanın gücləndirilməsi, iş və investisiya iqliminin yaxşılaşdırılması, davamlı iqtisadi inkişafa dəstək, iqtisadi sahənin və idarəetmə təcrübəsinin qanunvericiliyə uyğunlaşdırılması, sərhədyanı sahədə əməkdaşlıq, Aİ və AR arasında energetika və nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi daxildir. Tədbirlər üç əsas prioritet sferalar üzrə bölünüb - idarəetmə sisteminin təkmilləşdirilməsi; iqtisadi və sosial islahatlar; energetika, nəqliyyat, ekologiya və infrastruktur. Fəaliyyət planı üzrə tədbirlərin maliyyələşdirilməsi üçün indikativ proqramlar hazırlanır. Artıq Azərbaycan üçün ümumi büdcəsi 92 mln. avro olan 2007-2013-cü illər üzrə indikativ proqram layihəsi Avropa İttifaqının müzakirəsindədir. Bununla yanaşı, 2007 - ci ildə 19 mln. , 2008 - ci ildə 21-22 mln. avro ayrılması nəzərdə tutulub. Hazırda ENP üzrə indikativ proqram hazırlanır. Bu proqram əsasında hər il üçün proqramlar qəbul edilir. 2007 -ci il üçün 19 mln. avro büdcəsi olan indikativ proqramın hazırlanılması hələ başa çatmayıb və indi bu proqram üzrə tamamlama işləri aparılır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa başladığı 1992 - ci ildən müxtəlif xətlərlə Azərbaycana 400 mln. avro yardım edilib.

Xəbər lenti

Xəbər lenti