...

Azərbaycanda ilk təkrar sığorta şirkəti yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 13:50 (UTC +04:00)
Azərbaycanda ilk təkrar sığorta şirkəti yaradılıb

Azərbaycan, Bakı /müx. Trend U.İsmayılova/ Azərbaycan Maliyyə Nazirliyinin cümə günü yayılan məlumatında bildirilir ki, nazirlik "AzRe Tekrarsigorta" ASC-yə təkrar sığorta fəaliyyəti göstərməsi üçün xüsusi razılıq (lisenziya) verib.

Azərbaycanda yaradılan ilk təkrar sığorta şirkətinə lisenziya noyabrın 7-də təqdim olunub.

Maliyyə Nazirliyi noyabrın 27-də eləcə də "Qarant Sigorta" QSC-yə sığorta fəaliyyəti göstərməsi üçün lisenziya verib.

Azərbaycanda 29 sığorta və 7 broker şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti