...

Azərbaycanın sığorta şirkətlərinin aktivləri yanvar-sentyabr ərzində 20 mln. manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda fəaliyyət göstərən 29 sığorta şirkətinin aktivləri yanvar-sentyabr ərzində 21.9 mln. manat (ilin əvvəlində 16.5 mln. manat) təşkil edib. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin cümə günü yaydığı məlumatda bildirilir. Ödənilməyən kapital 832.8 min manat, uzunmüddətli kapital yatırımları 1.9 mln. manat, uzunmüddətli qiymətli kağızlar 39.016 min. manat təşkil edib. Qısamüddətli kapital yatırımları 5.7 mln. manat, qısamüddətli qiymətli kağızlar 437.5 min manat, banklardakı depozit hesabları 62.1 mln. manat olub. Hesabat dövrü üçün sığorta şirkətlərinin zərərləri 613.6 min manat olub. 9 ay ərzində sığorta şirkətlərinin passivləri 80.6 mln. manat ( ilin əvvəlində 49.9 mln. manat) təşkil edib. Ümumi kapital 58.2 mln. manat, ehtiyat kapitalı 237.9 min manat, əlavə kapital 6.4 mln. manat hesablanıb. Yığım Fondu 2 mln. manatı ötüb. Ötən illərin ayrılmayan gəliri 1.1 mln. manatdır. Şirkətlərin ümumi kapitalı,9 ay ərzində 15 mln. manat, ayrılmayan gəlir 11.9 mln. manat olub. Yanvar-sentyabr ayları ərzində Azərbaycanın sığorta şirkətlərinin ümumi balansı 137.4 mln. manat (ilin əvvəlində 88.8 mln. manat) təşkil edib.

Xəbər lenti

Xəbər lenti