...

Azərbaycanda istehlak mallarının reallaşmasında artım müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Dövlət Statstika Komitəsinin məlumatına görə,

yanvar-noyabr ayları ərzində Azərbaycanın ticarət şəbəkələri tərəfindən əhaliyə 6,7 mlrd. manat məbləğində istehlak malları satılıb ki, bu göstərici ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 15,2% çoxdur.

Ümumi məbləğin 4,4 mlrd. manatı ərzaq məhsulların, 2,4 mlrd. manatı isə qeyri-ərzaq məhsulların payına düşür. Malın hər iki növü üzrə satış 2006-cı ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 13,4 və 19% təşkil edib.

Bu dövr ərzində əhaliyə 2,1 mlrd. manat dəyərində və ya 33,4 %-dən çox xidmət göstərilib. Göstərilən xidmətlərin 75,7%-i hüquqi şəxslərin, 24,3%-i isə fiziki şəxslərin payına düşür və bu sahədə artım müvafiq olaraq 35,3 və 27,8% təşkil edir.

Pərakəndə satış dövriyyəsinin ümumi həcminin 16,3%-i hüquq şəxslər, 47,4%-i təşkil olunmuş yarmarka və bazarlar zamanı fiziki şəxslər tərəfindən həyata keçirilib. 36,3% isə ayrı-ayrı sahibkarların payına düşüb.

Xəbər lenti

Xəbər lenti