...

Gürcüstanın "TBC bank"ı Azərbaycanda "SOA-Credit"in səhmlərini alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 16:02 (UTC +04:00)
Gürcüstanın "TBC bank"ı Azərbaycanda "SOA-Credit"in səhmlərini alıb

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia/ Gürcüstanın "TBC bank"ı ölkə hüdudlarından kənara çıxır və regional inkişafa başlayır. Bankın Müşahidəçi Şurasının sədri Mamuka Xazaradzenin çərşənbə axşamı mətbuat konfransında bildirdiyinə görə, "TBC bank" Azərbaycanda "SOA-Credit" yerli qeyri-bank kredit təşkilatının səhmlərinin 75 faizini əldə edib və gələn ildən onun fəal inkişafına başlayacaq.

Adı çəkilən institut Çikaqoda yaradılan "Shore bank"ın filialıdır. Xazaradze bildirib ki, bank regional inkişafa dair fəaliyyətə ölkə daxilində əldə edilən uğurlarla yanaşı başlayıb. Azərbaycan stabil artım tendensiyası ilə xarakterizə olunan Gürcüstanın strateji tərəfdaşının maliyyə bazarı kimi seçilib.

"TBC bank" " SOA-Credit"i yerli müştərilərə bank xidmətlərinin geniş spektrını təklif edə bilən güclü maliyyə institutuna çevirmək niyyətindədir. Bank tərəfindən Azərbaycanın maliyyə bazarında həyata keçirilən investisiyalar bank şəbəkəsinin beynəlxalq inkişafı yolunda ilk addım və birinci regional inkişaf təcrübəsidir.

""TBC banka"ın fəaliyyəti iki ölkənin iqtisadi inteqrasiya prosesi ilə uyğun aparılır. Gürcüstanın tərəfdaşının Avropa və Asiya ölkələrində maliyyə institutlarına texniki yardım təcrübəsinə malik olan "Shore bank"ın olması çox mühüm amildir. Bu amil bizim əməkdaşlığımızın gələcək uğurlarına zəmanət verir" - deyə Xazaradze bildirib.

O əlavə edib ki, Azərbaycanda əldə olunacaq təcrübə bank rəhbərliyi tərəfindən digər MDB ölkələrinin maliyyə bazarlarına investisiya yatırımları zamanı istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti