...

TRACECA layihəsi üzrə İnvestisiya Fondu yaradıla bilər – baş katib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2007 13:30 (UTC +04:00)
TRACECA layihəsi üzrə İnvestisiya Fondu yaradıla bilər – baş katib

Qazaxıstan, Astana / Trend K.Konırova/ Bu gün Astanada TRACECA layihəsinin iştirakçı dövlətlərinin hökumətlərarası (HK) komissiyasının 6-cı iclasında layihə çərçivəsində yeni strukturun yaradılması məsələsi müzakirə olunur. Bu barədə jurnalistlərə TRACECA-nın Hökumətlərarası Komissiyası daimi Şurasının baş katibi Rustan Cenalinov məlumat verib.

Söhbət iki strukturun - İşgüzar Məsləhət Şurası və TRACECA İnvestisiya Fondunun yaradılmasından gedir.

"Onların yaradılmasında əsas məqsəd dövlət və özəl tərəfdaşlığın inkişafıdır. Bu gün bütün ölkələr konsessiya çərçivəsində bu beynəlxalq dəhlizin inkişafı üzrə nəqliyyat layihələrinə özəl biznesi cəlb edirlər. Biz layihə iştirakçıları, yük daşıyıcıları, biznesmenlər və dövlət strukturları nümayəndələrini bir masa arxasında əyləşdirmək istəyirik" - deyə Cenalinov bildirib.

Onun sözlərinə görə, birinci mərhələdə İşgüzar Məsləhət Şurası, 2009-cu ildə isə TRACECA İnvestisiya Fondunun yaradıılması barədə danışıqlar aparılacaq.

"Gəl il TRACECA yanında İşgüzar Məsləhət Şurasının yaradılması üzrə bütün sənədlərin hazırlanmasına dair prosedurlar həyata keçiriləcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti