...

AİB Azərbaycanın bank sektorunda ilk böyük müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2007 19:09 (UTC +04:00)
AİB Azərbaycanın bank sektorunda ilk böyük müqavilə imzalayıb

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Cümə günü Bakıda Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Beynəlxalq Bankı arasında 20 mln. dollar məbləğində subordinasiyaedilmiş kreditin ayrılması haqqında müqavilə imzalanıb. Kredit müqaviləsinin şərtlərinə görə, vəsaitlər Azərbaycan bankına 8 il müddətinə təqdim edilib. Kredit dərəcəsi birinci beş ildə 6 aylıq libor+3.85%, sonrakı üç ildə isə, 6 aylıq libor+5,35% müəyyən edilib. ABB-in idarə heyətinin sədr müavini Vaqif Əkbərov müqaviləni Beynəlxalq Banka və ölkənin bütün bank sektoruna etibar edilməsi kimi qiymətləndirib. "Bu günkü tədbir AİB-lə gələcək əməkdaşlıq üçün təkan verəcək. Belə ki, ABB-nin planlarına dünya sisteminə inteqrasiya kontekstində Beynəlxalq uzunmüddətli əməkdaşlığın genişləndirilməsi daxildir" Ələkbərov bildirib. AİB-in kapital bazarlarına əməliyyatlar üzrə Divizionun direktoru Vilyam Uilyamsın sözlərinə görə, bu departament yalnız özəl sektorla işləyir və buna görə, dövlət bankı ilə ilk dəfədir ki, belə transaksiya keçirir. Adətən, dövlətin iştirak payı olduğu banklarla AİB-in digər strukturu işləyir. "Uzun müzakirələrdən sonra, biz bu müqavilənin bağlanmasına razılaşdıq, çünki ABB təkcə Azərbaycanda və Qafqazda deyil, Mərkəzi Asiyada da aparıcı rola malikdir və bu, gələcək əməkdaşlıq yolunda ilk addım olacaq. Bu səbəbdən, biz bankın inkişafını gələcəkdə də dəstəkləməyə hazırıq" Uilyams bildirib. Onun rəyinə görə, bu, Azərbaycanın bank sistemində ən böyük müqavilə olacaq. Digər Azərbaycan banklarının parametrləri və kapitallarının ölçüsünü nəzərə almaqla, gələcəkdə imzalanacaq kredit müqavilələri kreditləşmənin bu həcminə çata bilməyəcək. Bu, Azərbaycanın və regionun bank sektorunda dövlət təminatı olmadan reallaşdırılan ən böyük layihədir. Layihə Asiya İnkişaf Bankını institusional investorlar arasında liderliyə çıxarır. Kreditin ABB-nin ikinci səviyyə kapitalına verilməsini nəzərə alsaq, bu, Beynəlxalq Bankın kapitallaşdırılmasını genişləndirməyə imkan yaradır. ABB-nin sədr müavininin sözlərinə görə, bankın kapitalın adekvatlığı ilə heç bir problemi yoxdur və buna görə, vəsaitlərin cəlb edilməsinin onun akitvləri ilə müqayisəsi vəziyyəti cüzi dəyişir. Bankın kapitallaşmasının səviyyəsi 300 mln. , Nizamnamə fondu isə, 100 mln. dollardır. Bankın aktivləri 3 mlrd. dollardan çoxdur.

Xəbər lenti

Xəbər lenti