...

Yeni il üçün Azərbaycanda ərzaq məhsullarının qiyməti 10% artacaq - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2007 19:19 (UTC +04:00)
Yeni il üçün Azərbaycanda ərzaq məhsullarının qiyməti 10% artacaq - ekspert

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Bazar ertəsi Azərbaycanın "Azad İstehlakçılar Birliyi"nin rəhbəri Eyyub Hüseynovun verdiyi məlumata görə, yeni ildəki bayramlar üçün Azərbaycanda ərzaq məhsullarının qiymətləri daha 10% artacaq.

"İlin əvvəlindən qiymətlər 20% artıb, nəticə etibarilə isə ilin əvvəlindən olan ümumi qiymət artımı 30% təşkil edəcək" - deyə Hüseynov bildirib.

İlin əvvəlində Azərbaycanda Tarif Şurasının enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılması ilə bağlı qərarından sonra kəskin qiymət artımı baş verib.

Hüseynovun sözlərinə görə, ətin qiyməti bayram üçün 5%, meyvə -tərəvəzin qiyməti 2-3%, düyünün qiyməti isə 3-4% bahalaşacaq.

Hüseynovun sözlərinə görə, Azərbaycan Rusiyanın vilayətlərindən quş əti və yumurtasının idxalına qadağa qoyduğundan quş yumurtasının qiymətinin 12% artacağı istisna deyil.

Xəbər lenti

Xəbər lenti