...

Azərbaycanda fəaliyyət göstərən Amerika şirkəti rəhbərinin öldüyünü təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir U.İsmayılova/ Azərbaycanda içməli suyun təmizlənməsi və istehsalı ilə məşğul olan "Amerikanın Phoenix Caspian Ltd" şirkəti bazar ertəsi telefonla şirkət sahibi Deyv Çerçmanın öldüyünü təsdiq edib.

Amerikanın "Foxnews" kanalının verdiyi xəbərə görə, Çerçman cümə axşamı səhər saat 07:50-də Amerikanın Kolfaks şəhərində (Luiziana ştatı) anası Meri Çerçmanın evində partlayış nəticəsində ölüb.

Şerif Preston Moslinin mətbuat katibi partlayışın məişət qazının sızması nəticəsində baş verdiyini istisna etməyib. Onun sözlərinə görə, partlayış zamanı Çerçmanın həyat yoldaşı Şeyla Çerçman, onların oğlu və oğlunun arvadı da evdə olub. Mosli bildirib ki, partlayış zamanı Meri və Deyv Çerçman həlak olub, qalan ailə üzvləri isə xəstəxanadadırlar.

"Phoenix Caspian Ltd"dən yeni rəhbərin təyinatından sonra şirkətdə mümkün dəyişkliklər barədə şərh verməyiblər.

Biznesmen Çerçman əvvəllər Bakının mərkəzində yerləşən "Fisherman" restoranının sahibi olub. "Fisherman"dan bildiriblər ki, restoran həqiqətən də Çerçmana məxsus olub. Lakin artıq onun sahibi dəyişib.

Xəbər lenti

Xəbər lenti