...

Azərbaycanda 2012-ci ilədək rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev 2008-2012-ci illər üzrə rəsmi statistikanın təkmilləşdirilməsi proqramının təsdiqlənməsinə dair sərəncam imzalayıb. Bu barədə rəsmi mətbuatın məlumatında bildirilir.

Dövlət Proqramının reallaşdırılması Dövlət Statisitika Komitəsinə həvalə olunub. Komitə ildə bir dəfə ölkə prezidenti və Nazirlər Kabinetini Dövlət Proqramının gedişatı barədə məlumatlandırmalıdır.

Azərbaycanın Maliyyə Nazirliyinə dövlət büdcəsinin layihəsinin hazırlanması zamanı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan vəsaitləri ayırmaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti