...

Belarus Azərbaycandan ərzaq məhsulları idxal etməkdə maraqlıdır - Belarusun nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar/ Trend , müxbir A.Bədəlova/ Azərbaycan-Belarus biznes-forumunun əsas müzakirə məsələsi Azərbaycana ərzaq məhsullarının ixracıdır. Bu barədə cümə günü jurnalistlərə Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin birinci müavini Nadejda Kotkoveç məlumat verib.

"Lakin bu, məsələnin bir tərəfidir. Əgər məsələyə birtərəfli baxılsa, heç vaxt uğurlu biznes, ciddi ticarət-iqtisadi münasibətlər olmayacaq" - o bildirib.

Onun sözlərinə görə, ərzaq məhsullarının ixracından başqa cins heyvandarlıq, kənd təsərrüfatı texnikasının gətirilməsi, kənd təsərrüfatı maşınqayırması məsələləri üzrə də işlər aparılacaq.

Kotkoveç azərbaycanlı biznesmenləri Belarusda bu ölkədən müxtəlif ərzaq məhsullarının idxalı sferasında işləməyə çağırıb.

"Belarus tezyetişən tərəvəzlər, ekzotik meyvə və şirə idxalçısıdır. İki ölkənin bu sahədə əməkdaşlığı üzrə lazımi hökumətlərarası müqavilələr imzalanıb" - deyə o əlavə edib.

Azərbaycan-Belarus biznes-forumunda 15 Belarus və 30 Azərbaycan şirkəti iştirak edir.

Xəbər lenti

Xəbər lenti