...

Azərbaycan sığorta şirkətinin sığorta haqları 1/3 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / " , müxbir U.İsmayılova/ 2007-ci ildə Azərbaycanın

"A-GROUP" sığorta şirkəti tərəfindən toplanan sığorta haqlarının həcmi 37 faiz artıb. Bu barədə şirkətin çərşənbə günü yayılan məlumatında bildirilir.

2007-ci il ərzində "A-QROUP" tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 6,8 mln. manat təşkil edib. Şirkətə daxil olmaların əsas hissəsi könüllü tibbi sığortanın payına düşüb.

2007-ci il ərzində diversifikasiya planında sığortanın ümumi növləri üzrə portfelin artırılması üzrə iş davam etdirilib. Daha çox artım KASKO (Avtomobilin oğurlanma, ziyan və dəgər amillər üzrə sığortalanması) sığortalanmasında müşahidə olunub. Bu seqment üzrə sığorta haqlarının həcmi 2,6 dəfə artıb.

Artım həmçinin, əmlakın sığortalanmasında müşahidə olunub. Bu seqment üzrə sığorta haqlarının həcmi 2006-cı ilin göstəricisi ilə müqayisədə iki dəfə artıb.

2007-ci ildə "A-GROUP"un ümumi sığorta ödəmələri 2 mln. manata çatıb.

"A-GROUP" 2007-ci ilin doqquz ayının yekunu üzrə 4,37 mln. manat ümumi yığım göstəricisi ilə doqquzuncu yeri tutub. Birinci yeri 13,94 mln. manat göstərici ilə "Azersigorta" dövlət kommersiya sığorta şirkəti, ikinci yeri "Azal Sigorta" 13,04 mln. manat göstərici ilə, üçüncü yeri isə 12,85 mln. manatlıq göstərici ilə "Atesgah" sığorta şirkəti tutub.

Xəbər lenti

Xəbər lenti