...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2008 17:37 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı, 28 yanvar/ Trend ,müxbir İ.Xəlilova/ Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,84542 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi yanvarın 25-də (1 ABŞ dolları üçün 0,8455 manat), digər günlərdə isə, məzənnə 1 ABŞ dollarına görə 0,8454 manat təşkil edib.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
14yanvar 0,8453 21yanvar 0,8454
15yanvar 0,8454 22yanvar 0,8454
16yanvar 0,8454 23yanvar 0,8454
17yanvar 0,8453 24yanvar 0,8454
18yanvar 0,8453 25yanvar 0,8455
Həftə ərzində orta 0,84534 Həftə ərzində orta 0,84542

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində, birja məzənnəsi 0,001 bənd (0,1 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,84542 manat səviyyədə müəyyən olunub.

Göstərilən dövrdə milli valyutanın dollara nisbətdə məzənnəsi, ötən həftə olduğu kimi, praktiki olaraq 0,8454 səviyyəsində qalıb. Yalnız yanvarın 21-də 0,8455 manatadək artıb.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 21 yanvar - 0,8455 AZN/USD məzənnəsi ilə $1,01 mln., 22 yanvar - 0,8454 AZN/USD məzənnəsi ilə $10,942 mln., 23 yanvar - 0,8454 AZN/USD məzənnəsi ilə $2,6 mln., 24 yanvar - 0,8454 AZN/USD məzənnəsi ilə $0,55 mln., 25 yanvar - 0,8454 AZN/USD məzənnəsi ilə $1,255 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
14yanvar 0,8453 21yanvar 0,8454
15yanvar 0,8454 22yanvar 0,8454
16yanvar 0,8454 23yanvar 0,8454
17yanvar 0,8453 24yanvar 0,8454
18yanvar 0,8453 25yanvar 0,8455
Həftə ərzində orta 0,84534 Həftə ərzində orta 0,84542
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
14yanvar 0,8454 21yanvar 0,8455
15yanvar 0,8454 22yanvar 0,8454
16yanvar 0,8454 23yanvar 0,8454
17yanvar 0,8454 24yanvar 0,8454
18yanvar 0,8454 25yanvar 0,8454
Həftə ərzində orta 0,8454 Həftə ərzində orta 0,84542

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. EUR/AZN T+0 aləti üzrə 12 430 manata bərabər həcm qeydə alınıb. Bu sövdələşmədə orta çəkili məzənnə 1 EUR-a 1,2430 manat təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 15 manat səviyyəsində qalıb.

Xəbər lenti

Xəbər lenti