...

Naxçıvan MR iqtisadiyyatının kreditləşməsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2008 13:14 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 1 fevral/ , müxbir E.Məmmədov/ 2007-ci il ərzində Naxçıvan MR iqtisadiyyatının kreditləşməsi 7 mln. manat artıb. Trend -ın regional müxbirinin verdiyi məlumata görə, bu barədə Milli Bankın Naxçıvan idarəsində keçirilən iclasda bildirilib.

İdarənin sədri Səbuhi Məmmədov bu il Naxçıvan iqtisadiyyatına yönələn kredit yatırımlarının 18 mln. 384 min manat, uzunmüddətli kredit yatırımlarının - 17 mln. 488 min manat, qısamüddətli yatırımların isə - 897 min manat olduğunu bildirib. Ötən ilin analoji dövrü ilə müqayisədə kredit yatırımları 7 mln. manat artıb.

2007-ci ildə bank və bank olmayan kredit təşkilatları tərəfindən 13 mln. 803 min manat kredit verilib. Onlardan 6 mln. 209 manat qısamüddətli, 7 mln. 594 manat isə uzunmüddətli kredit olub.

Xəbər lenti

Xəbər lenti