...

"KAMAZ"ın təklifi Azərbaycan üçün qəbuledilməzdir – Rusiyanın ticarət nümayəndəliyinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2008 15:08 (UTC +04:00)
"KAMAZ"ın təklifi Azərbaycan üçün qəbuledilməzdir – Rusiyanın ticarət nümayəndəliyinin rəhbəri

Azərbaycan, Bakı, 06 fevral/ Trend , müxbir A.Bədəlova/ "KAMAZ" ASC-nin rəhbərliyi Azərbaycan üçün ölkədə avtomaşınların yığılması üzrə qəbuledilməz şərtlər irəli sürüb. Bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı ticarət üzrə nümayəndəsi Yuri Şedrin mətbuat konfransında məlumat verib. Avtomaşınların yığılmasının illik istehsal gücü 1,5 min avtomobil olan BM-in yaradılması yolu ilə həyata keçirilməsi güman edilirdi.

"Şərtlər Azərbaycanda biznesin təşkili prinsiplərinə ziddir" - Şedrin bildirib. "KAMAZ" vergi və gömrük imtiyazları istəyir.

Onun sözlərinə görə, maşın istehsalından əldə olunan gəlirin bölünməsi Azərbaycan tərəfini təmin etməyib.

Öz təkliflərində "KAMAZ" BM-in işindən əldə olunan gəlirdə 75 faiz iştirak tələb edib. Azərbaycana isə 25 faiz qalır. "KAMAZ" səkkiz məsələyə görə, tariflər, vergilər və s. üzrə müxtəlif güzəştlər istəyib.

"Biz [...] bu layihəni nəzərdən qaçırmırıq. Lakin mən onun perspektivini görmürəm" - Şedrin bildirib.

Azərbaycanın ASC-nin nəqliyyat vasitələrinə olan illik tələbatı 600-700 ədəd təşkil edir və hər ay respublikaya orta hesabla 50 maşın gətirilir.

Xəbər lenti

Xəbər lenti